Belə ölüm olmamışdı:  Mərhumun parkdakı duruşu görənləri heyrətə saldı    



Türkiyənin Antaliya şəhərinin Muratpaşa qəsəbəsində 45 yaşlı Metin Lafçı, parkda ölü tapılıb. Əldə edilən məlumata görə, hadisə günorta saatlarında parkında baş verib. Parkda olan təmizlik işçisi başını oturacağa söykəmiş şəkildə bir adamın hərəkətsiz yatdığını görüb.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, əraziyə polis və sağlamlıq qrupları çağırılıb. Məlum olub ki, 45 yaşlı kişi keçinib.Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb. Metin Lafçının uzun müddətdir küçələrdə yatdığı və xəstə olduğu öyrənilib. Parkın içərisindən keçən vətəndaşlar gördükləri mənzərə qarşısında çaşıblar. Bəzi vətəndaşlar şəxsin öldüyünə inana bilməyiblər, bəziləri isə cəsədi cib telefonuyla qeydə almağa çalışıb. Ətrafdakı iş adamlarından Sadiye Toprak tez-tez mərhumun onun iş yeri olan simitçiyə gəldiyini və çay içdiyini dilə gətirib. Sadiye  deyib ki, Metin axşam saatlarında yenə onun yanına gələrək halallıq istəyib. Toprak, cəsədi görüb, gözyaşlarına hakim ola bilmədi.
Turan