Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri gərginləşir. Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Halbuki, Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanskiyaları tətbiq etməyə başlayarsa Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib. Azərbaycanın adıçəkilən ölkələrlə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir.
Bəs bölgədəki gərginliyin Azərbaycana təsirləri nə ola bilər?
Regionla bağlı narahatlığı “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir:
“Azərbaycan bu gərginlikdə tərəf tutmur. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Buna baxmayaraq, Moskva Gürcüstanla yanaşı Azərbaycanın kənd təsərrüfatı məhsullarının da Rusiyaya ixracına əngəllər yaratmağa başlayıb. Bu, Azərbaycanın aqrar məhsullarının ixracına qadağa qoyulması ilə bağlı ilk fakt deyil. Rusiya bəzi hallarda bu amildən siyasi təzyiq vasitəsi kimi istifadə edir”. Ekspertin fikrincə, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdirilməsi Ermənistana da problemlər yarada bilər: “Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistan iqtisadiyyatına mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Moskva-Tbilisi münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur”.
Analitik əlavə edib ki, İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir: “Vaşinqton Tehranla əməkdaşlıq edən ölkələri hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda erməni hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Rəsmi Bakı İran iqtisadiyyatının zəifləməsini istəmir.
Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq. Türkiyə də eyni vəziyyətdədir. Əlbəttə Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.
Rusiya-Gürcüstan və İran-ABŞ gərginliyinin Azərbaycana təsirləri...- AKTUAL
14:11 12.07.2019
Siyasət
841
Oxşar xəbərlər
Xəbər lenti
Bakıda 28, bölgələrdə 31 dərəcə isti olacaq
11:28 24.04.2024
Cəmiyyət
“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib
11:17 24.04.2024
Gündəm
"Qarabağ"-"Neftçi" oyunu bu hakimə tapşırıldı
11:11 24.04.2024
İdman
Devid Kemeron Türkmənistanda səfərdədir
10:53 24.04.2024
Dünya
İran tərəfi açıqlamalarında heç vaxt səmimi olmayıb
10:48 24.04.2024
Gündəm
Türkiyə qadağan edib, biz də qadağan edək - AÇIQLAMA
10:37 24.04.2024
Cəmiyyət
AMEA-da yeni şöbələr yaradıldı: Kadr təyinatları...
10:32 24.04.2024
Gündəm
Bakıda bir neçə şadlıq sarayı cərimələndi
10:25 24.04.2024
Hadisə
Qırğızıstan Prezidenti Azərbaycana səfərə yola düşüb
10:12 24.04.2024
Gündəm
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
10:04 24.04.2024
Hadisə
Çiyələkləri xarab olmaqdan necə qorumalı? - AÇIQLAMA
10:00 24.04.2024
Gündəm
Kürdəmir polisindən əməliyyat: saxlanılanlar var
09:54 24.04.2024
Hadisə
Qocalmanı yavaşlatmaq olar
09:44 24.04.2024
Gündəm
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
09:42 24.04.2024
Siyasət
Dünyanı yeni pandemiya dalğası bürüyəcəkmi? - TƏHLÜKƏ
09:39 24.04.2024
Sağlamlıq
Əsədov iclas keçirib
09:35 24.04.2024
Gündəm
Faktiki hava açıqlanıb
09:23 24.04.2024
Cəmiyyət
Neft yenidən bahalaşdı
09:15 24.04.2024
İqtisadiyyat
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:03 24.04.2024
Cəmiyyət
“Ağlı yerində deyil” - İbrahim Tatlısəs oğlunu evsiz qoydu
08:45 24.04.2024
Gündəm
Sosial şəbəkələr insanları mənəvi terrora məruz qoyur
08:32 24.04.2024
Gündəm
Əskiparada Azərbaycan bayrağı dalğalanır
07:49 24.04.2024
Gündəm
Paşinyan zamanla mübarizə aparır - RƏY
07:24 24.04.2024
Gündəm
Xora xəstəliyinin əlamətləri: Həkimdən tövsiyə
06:53 24.04.2024
Sağlamlıq
Səhiyyə siyasətində ciddi axsamalar var
06:43 24.04.2024
Siyasət