Azərbaycanda yaddaşlarda qalacaq toy: Zakir Həsənov onları təbrik etdi

Dünən Bakıda yaddaşlarda qalacaq toy mərasimi keçirilib.

Hərbi bloger Tofiq Şahmuradovun Lent.az -a verdiyi məlumata görə, aprel şəhidi Nürəddin Mirzəyevin qardaşı Nəcməddin ilə digər aprel şəhidi Rəşid Baxşəliyevin bacısı Gülzarın toyu olub. Toyda doğma insanlarla yanaşı aprel döyüşlərində iştirak edən qazilər, onların xidmət etdiyi komanda heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, habelə millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, tanınmış sənətçilər və ictimaiyyət xadimləri iştirak ediblər.

Müdafiə Naziri Zakir Həsənov gəncləri qiymətli hədiyyə ilə təbrik edib.

Xatırladaq ki, hər iki şəhid bir yerdə xidmət edirdilər və Lələ təpə uğrunda döyüşlərdə həlak olublar.