Dəhşət: "Evi niyə müşahidə edirsən?" deyən qonşusunu öldürdü



Türkiyənin Konya şəhərində M. C. Ç. (17), ona ''Evi niyə müşahidə edirsən? Evin şəkillərini niyə çəkirsən?'' deyən qonşusu Mehmet Çakını (63) mübahisə zəminində ov tüfəngiylə vuraraq öldürdü, həyat yoldaşı Şengüllə oğulları Dünya, Mustafa və  ailənin yaxını Mustafanı isə yaraladı. M. C. Ç. və atası Yılmaz Ç., nəzarətə alınıb.

 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15.00 radələrində küçədə baş verib. Mehmet Çakın, küskün olduğu qonşusunun oğulu M.C.Ç.ın yanına gedib. İddiaya görə "Evi niyə müşahidə edirsən? Evin şəkillərini niyə çəkirsən?'' deyib. Bundan sonra iki nəfər arasında qızışan mübahisə qısa müddətdə böyüyərək davaya çevrilir. Davaya, Mehmet Çakının həyat yoldaşı Şengül, oğulları Dünya və Mustafa və M.C.Ç.ın atası Yılmaz Ç. də qatılır. Bu zaman M. C. Ç., ov tüfəngiylə qonşularına atəş açır. Tüfəngdən çıxan atəş Mehmet Çakını, Şengül, Dünya və Mustafanı yaralayır.

Hadisə yerinə polis və sağlamlıq qrupları gəlir. M. Çakın sağlamlıq vəzifəlilərinin bütün müdaxilələrinə baxmayaraq həyatını itirir. 4 yaralı isə təcili yardımla şəhərdəki xəstəxanaya aparılır.

Turan