"Barselona" Qrizmannı təqdim etdi


"Barselona" yeni transferi Antuan Qrizmannla müqavilə bağlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi ilə 5 illik sözləşməyə imza atan fransız hücumçu ictimaiyyətə təqdim olunub. 28 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona" Qrizmannın keçidi üçün "Atletiko"ya 120 milyon təzminat ödəyib.