Azərbaycanda son 27 ilin boşanmaları - STATİSTİKA

Azərbaycanda 1991-2018-ci illərdə qeydə alınan boşanmaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, 1991-2018-ci illər aralığında ölkədə 241 621 boşanma qeydə alınıb.
Statistikaya nəzər saldıqda, son illərdə boşanmaların sayında artım müşahidə olunur.
Belə ki, Azərbaycanda 1991-ci ildə 10679, 1992-ci ildə 9465, 1993-cü ildə 6564, 1994-cü ildə 6256, 1995-ci ildə 5669, 1996-cı ildə 5598, 1997-ci ildə 5806, 1998-ci ildə 5657, 1999-cu ildə 5013, 2000-ci ildə 5478, 2001-ci ildə 5382, 2002-ci ildə 5738, 2003-cü ildə 6671, 2004-cü ildə 6914 boşanma qeydə alınıb.
Ölkədə 2005-ci ildə 8895, 2006-cı ildə 7817, 2007-ci ildə 8340, 2008-ci ildə 7933, 2009-cu ildə 7784, 2010-cu ildə 9061, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764, 2016-cı ildə 13114, 2017-ci ildə 14514 və 2018-ci ildə isə 14857 boşanma baş verib.
Azərbaycanda ən az boşanma 1999-cu ildə (5013), ən çox boşanma isə 2018-ci ildə (14857) qeydə alınıb.