ƏNDİŞƏ: ermənilər Fransa-Azərbaycan əməkdaşlığının inkişafına etiraz edirlər – Fotolar

Fransa-Azərbaycan əməkdaşlığının inkişafı Fransadakı erməni lobbisini ciddi əndişəyə salıb.

« Sherg.az» rəhbəri erməni olan fransızdilli sayt- «armenews.com”a istinadən xəbər verir ki, iyulunun 10- da ermənilərdə ibarət bir qrup şəxs Avropa Nazirliyi və Fransa Xarici İşlər Nazirliyinin qarşısına toplaşıb. Onlar Fransanın bir neçə şəhərinin qondarma Dağlıq Qarabağ respublikası ilə Dosluq Xartiyasını ləğv etməsinə etiraz ediblər. 
Fransanı Azərbaycana silah satmamağa çağırıblar və bunun Ermənistan- Fransa əlaqələrinin ruhuna zidd olduğunu dilə gətiriblər. 
Bundan başqa onlar Fransa məhkəməsinin ləğv etdiyi Dostluq Xartiyasının yenidən bərpasını istəyiblər.
Qeyd edək ki, Ermənistan bir neçə həftədir, petisiya hazırlayıb və onu imzalama prosesi başladıb. Artq 400 nəfər bu petisiyaya imza atıb. Və hazıra petisiyanın imzalanması prosesi davam edir. Onlar Fransa ilə Ermənistan arasındakı dostluq münasibətlərinin dayandırılmasını istəmədiklərini aciz şəkildə dilə gətiriblər.
“Fransanın bizim bir neçə şəhərlə Dostluq Xartiyasını ləğv etməsinə « yox » deyirik”. Xatırladaq ki, bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.