İmtahan cavabları bu tarixdə AÇIQLANACAQ


II və III ixtisas qrupları üzrə imtahan nəticələrinin açıqlanacağı tarix məlum olub.
Bu barədə "Sherg.az"a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, cavabların iyul ayının 22-nə qədər elan olunacağı planlaşdırılıb:
“Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən qəbul imtahanının nəticələri iyulun 22-də elan olunacaq".
Qeyd edək ki, ən son iyulun 7-dəII və III ixtisas qrupları üçün qəbul imtahanı keçirilib.