“ABŞ-ın sanksiyaları lirənin yenidən ucuzlaşmasına səbəb ola bilər”


“Bu həftə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilir”.

“Sherg.az”ın xəbərinə görə, bunu tanınmış iqtisadçı Vüqar Bayramov Feysbuk profilində yazıb. 

Ekspert bəyan edib ki, “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini “BB” səviyyəsindən “BB-” səviyyəsinə endirib. Yəni qurumun reytinq üzrə proqnozu “mənfi”dir

“Təşkilat bunu Türkiyə Mərkəzi Bank sədrinin işdən azad olunması və eləcə də Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə əlaqələndirir. 



“Fitch”in qərarından sonra okeanın o tayında sanksiyalarla bağlı qərar qəbul edilərsə, bu, Türkiyə iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər

Əvvəlla, “Fitch”in son qərarından sonra qardaş ölkənin sərmayə cəlbdiciliyinin azalacağı gözlənilir. Sanksiyalar yenidən lirənin ucuzlaşmasına səbəb ola bilər. Sanksiayalar qəbul ediləcəyi halda Türkiyədə dollara tələb yenidən yüksələcək, bu isə sözügedən ölkənin milli valyutasına iqtisadi və psixoloji təsiri gücləndiriəcək”.