Ağstafada qəza: 1 ölü, 2 yaralı


Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 27 yaşlı İsmət Hacıyev idarə etdiyi "Mercedes"markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını divara çırpılıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər - Qazax rayon sakinləri, 27 yaşlı Nicat Şamxalov və 25 yaşlı Fuad Məmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.