Bağdadda terror aktları nəticəsində iki nəfər ölüb


 İraqın paytaxtı Bağdadın cənub-qərbində yerləşən Əl-Maalef rayonunda iki partlayış nəticəsində 2 nəfər ölüb, 20-si yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bununla belə, "Al-Arabiya" telekanalı qeyd edir ki, partlayışları kamikadzelər törədib və onların məqsədi Bağdadın cənubundakı məscid olub.