"Beşiktaş" Tayler Boydu heyətinə qatıb


"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi son olaraq "Vitoriya de Qimarayanş"da oynayan Tayler Boydu heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı hücumçu yeni klubunda ilinə 1.2 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer üçün "Beşiktaş" Portuqaliya təmsilçisinə 2.4 milyon avro təzminat ödəyəcək.