5 min avroya qoç satıldı


İngiltərənin gözbəbəyi olaraq qəbul edilən Suffolk cinsli qoyun və qoçlar xüsusi bir şirkət tərəfindən Türkiyəyə gətirilib
Bursanın Yeni şəhər qəsəbəsinə gətirilən qoçlar 5 min avro, qoyunlar isə 3 min avrodan satılıb. 


  İş adamı Kamal Cığırdan, "Cütləşmədə istifadə edilən ən yaxşı irqin Suffolk olduğunu dünya bilir. Bu irqin ən yaxşılarını öz ana vətənlərindən biz Türkiyəyə gətirdik. Hazırda 150 ətrafında orijinal suffolk burdadır. Gətirdiyimiz keyfiyyətdə heyvanlar Türkiyədə yoxdur. Adının açıqlanmasını istəməyən bir iş adamına dişi heyvanları 3 min avroya, erkəkləri isə 5 min avrodan verdik. Bunların bir altları da var, onlar da fərqli qiymətlərədir" deyə danışıb.