İllərdir Azərbaycanı müxtəlif beynəlxalq mədəniyyət və sənət platformalarında layiqincə təmsil edən “Anka” Azərbaycan Rəqs və Sənət Klubu Qardaş Türiyənin Girəsun şəhərində artıq 8 – ci dəfə keçirilən Ağaçbaşı-Kulakkaya Beynəlxalq Yaylaq Mədəniyyət və Sənət Festivalına rəqsləri ilə öz damğasını vurub.
”Sherg.az” xəbər verir ki, bu barədə Klubun başqanı, Türkiyə Xalq Rəqsləri Federasiyasının və Dünya Rəqs və Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Dərya Akdemir məlumat verib.
Onun sözlərinə görə, təbiətinin gözəlliyi ilə insanı heyran edən Qara dənizdə belə bir festivala dəvət aldıqları zaman olduqca sevinib. Azərbaycan rəqslərini, musiqisini və bütövlükdə milli - mədəni zənginliklərini təmsil etməyi yarandığı gündən qarşısına məqsəd qoyduğunu deyən D.Akdemir bu tədbirdə də layiqli bir şəkildə Vətənini təmsil etdiyini xüsusi ilə vurğulayıb:
“Müxtəlif xarici ölkələrdən və eyni zamanda Türkiyənin fərqli şəhərlərindən gələn rəqs qrupları ilə eyni səhnəni paylaşmaq bizim üçün çox önəmli idi. Burda biz dəniz səviyyəsindən 3000 metr yüksəklikdə təbiətin şıltaqlıqlarına baxmayaraq, Azərbaycanımızı layiqincə təmsil etməli, izləyicilərdə rəqslərimiz, musiqilərimizlə bağlı fikir formalaşdırmalı idik.
Musiqilərimizi səsləndirərkən, rəqslərimizi ifa edərkən tamaşaçıların necə fərqli bir atmosferə düşdüklərini görmək, bizim alqışladıqları zaman gözlərindəki sevinci və heyranlığı hiss etmək o qədər gözəl idi ki! Böyükdən kiçiyə hər kəs Azərbaycan musiqisi, rəqsləri haqqında xoş sözlər deyirdi.
Bu isə bir daha sübut etdi ki, dünyanın harasında oluruqsa olaq, Azərbaycan musiqisi, Azərbaycan rəqsi və bütövlükdə Azərbaycan incəsənəti ilə bütün dünyanı fəth etmək mümkündür. Belə bir hissi bizə yaşatdığına görə başda Batlamalılar Mədəniyyət Həmrəylik və Yardımlaşma Dərnəyinə, onun rəhbəri İlhan Sandala, eyni zamanda klubumuzun solisti çox hörmətli Mustafa Güzeldereye də öz təşəkkürümü bilidirirəm.
Bundan sonra da çalışacağıq ki, mədəniyyətimizi istər ölkə daxilində, istərsə də ölkə xaricində layiqincə təmsil edək”.
Bu Festivalda Azərbaycan rüzgarları əsib - FOTOLAR
14:45 16.07.2019
Mədəniyyət
850
Oxşar xəbərlər
Xəbər lenti
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:34 25.04.2024
Gündəm
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
16:22 25.04.2024
Gündəm
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
16:11 25.04.2024
Siyasət
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
16:00 25.04.2024
Hadisə
Amerikada yeni virus hazırlanır? -ŞOK İDDİA
15:50 25.04.2024
Sağlamlıq
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
15:43 25.04.2024
Aktual
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
15:32 25.04.2024
Hadisə
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
15:24 25.04.2024
Mədəniyyət
İranın məkrli niyyəti: Təbrizdə Ermənistan konsulluğu niyə açılır?
15:13 25.04.2024
Dünya
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
15:08 25.04.2024
Sosial
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
14:56 25.04.2024
Təhsil
Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı
Juninyo “Qarabağ”dan gedir? – Özü açıqladı
14:40 25.04.2024
İdman
Malıbəyli kəndində insan qalıqları aşkar edilib -VİDEO
Malıbəyli kəndində insan qalıqları aşkar edilib -VİDEO
14:35 25.04.2024
Hadisə
Rauf Nağıyevin TƏBİB-ə qarşı iddiası təmin edilib
Rauf Nağıyevin TƏBİB-ə qarşı iddiası təmin edilib
14:22 25.04.2024
Hadisə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
14:15 25.04.2024
Hadisə
Analitik: ABŞ Ukraynada ruh yüksəkliyini yenidən oyatmağa çalışır
14:05 25.04.2024
Dünya
Prezidentlər Ağdamda Şahbulaq qalasında olublar
Prezidentlər Ağdamda Şahbulaq qalasında olublar
13:53 25.04.2024
Gündəm