Türkiyənin aldığı S-400 NATO üçün təhdid deyil - Nazir

Rusiyadan alınan S-400 zenit-raket kompleksləri NATO üçün təhdid deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, NATO-da, eləcə də ABŞ-da məlumdur ki, Türkiyənin hava məkanını qorumaq üçün bu komplekslərə ehtiyacı var.

M.Çavuşoğlu əlavə edib ki, hazırda S-400-lərin Türkiyəyə tədarükü davam edir.