89 yaşlı kişi intihar edib


Sumqayıtda intihar hadisəsi qeydə alınıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağlar massivində baş verib. Belə ki, 13-cü mikrorayon sakini, 1930-cu il təvəllüdlü Məmmədov Novruz Nüsrət oğlu həyat yoldaşı ilə Bağlar massivindəki fərdi yaşayış evlərinə gəlib. Gecə həyat yoldaşı yatdıqdan sonra N. Məmmədov özünü öldürmək məqsədi ilə qarın boşluğuna bıçaq zərbəsi endirib. Bıçaq zərbəsinin təsir etmədiyini görən 89 yaşlı kişi sonra özünü asıb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.