Metrodan istifadə edənlərin sayı azaldı


Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük, 848,0 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5 faiz və 1,9 faiz artım qeydə alınıb.

Bu barədə "Sherg.az"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,5 faiz, sərnişin dövriyyəsi isə 2,0 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 1,5 faiz azalaraq 116,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1127,5 min və ya 6,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 5,9 faiz azalaraq 94,3 min ton olub.