"Sədərək"də kütləvi zəhərlənmənin əsl səbəbi bəlli oldu - Həkim danışdı - YENİLƏNİB


"Bazarda zəhərlənənlər satıcı olublar".
Bu barədə Lent.az -a açıqlamasında zəhərlənənlərin yerləşdiyi 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib. O bildirib ki, satıcılar səyyar satıcıdan aldıqları yuxada olan soyutma yumurtadan zəhərləniblər:"Zəhərlənmə hər birində özünü müxtəlif müddətdən sonra göstərməyə başlayıb. Belə ki, 3 xəstə bu gün saat 12 radələrində, 1 xəstə təxminən 1 radələrində, bir xəstə isə saat 2-ə qalmış şöbəyə qəbul edilib”.
G.Babayeva əlavə edib ki, zəhərlənənlərin vəziyyətləri qənaətbəxşdir:
“Təxminən 10 dəqiqə əvvəl 3 nəfər ərizə yazaraq bildiriblər ki, vəziyyətləri yaxşıdır və evlərinə yollanıblar. 2 nəfər isə hazırda şöbədədirlər. Onlar da gec gələnlərdir və vəziyyətləri stabildir. Yəgin ki, onlar da bir neçə saat sonra buradan ayrılacaqlar”.***13:52"Sədərək" Ticarət Mərkəzinin "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub.Bununla əlaqədar Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub:"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52-də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də KTM-ə gətiriblər. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır".