Dünən qəzada ölən 21 yaşlı gənc tələbə imiş

Dünən Şəmkir rayonunda baş verən ağır yol qəzasında ölənlərdən biri tələbə olub.
"Sherg.az"ın məlumatına görə, ölən şəxs Şəmkir rayonu Çaparlı kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Kazım Vəfadar oğlunun Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin “Biznesin idarə edilməsi “ ixtisası üzrə IV kurs tələbəsi olub.
Qeyd edək ki, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Sadıqov Rəşad Zakir oğlu həmyerlisi Vəfadar Hüseynova məxsus "VAZ 21074" markalı в-391-са-86 Rusiya dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək yolun kənarındakı su çəninə, sonra isə ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, Hüseynov Kazım Vəfadar oğlu ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində sürücü və sərnişini Mərdanov Fərid Arzu oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Allah rəhmət etsin!