Mənzil bazarındakı SON DURUM ! – UCUZLAŞIR ? 

“İyul ayında mənzil bazarında təklif tələbi üstələyir”.
Bunu “Sherg.az”a mənzil bazarındakı vəziyyəti dəyərləndirərkən ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, iyun ayı ilə müqayisədə iyul ayında mənzil bazarında sabitlik müşahidə olunur:
“Digər aylara nisbətən bu ay aktivlik kəskin aşağı düşüb. Xüsusən də alqı-satqı əməliyyatlarında bu tendensiya daha çox özünü göstərir. Hazırda bazarda təklif tələbi üstələyir.
Yəni bazarda balans pozulub. Mənzillər satışa çıxarılır, amma alan az olur. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da yay aylarına xas olan xüsusiyyətdir.
Hər il bu vaxtlar bazarda stabillik yaşanır. Fikrimcə, bu tendensiya avqust ayında da hökm sürəcək. Sentyabrın birinci yarısından sonra bazar yenidən canlanacaq”