Ermənilər Göygöl rayonunda mülki traktoru atəşə tutdu - RƏSMİ


“Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır”.Bu barədə APA -nın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirlikdən qeyd edilib.