Azərbaycanda ziyarətə gedənlərin maşını AŞDI


Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. “Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.