Qadın 40 yaşlı sevgilisinin qanını tökdü

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Sherg.az" teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı tanıdığı qadın tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Məlumata görə, onlar sevgili olublar.

Aralarında yaranan münaqişə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.
 
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.