İki azyaşlını ilan sancdı - AÇIQLAMA


“İyul ayında 11 nəfəri ilan sancıb”.
Bu barədə Lent.az -a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. O bildirib ki, müraciət edənlərdən 2-si uşaq, 11-i isə böyüklərdir:
“Hazırda müraciət edənlərdən 3-nün vəziyyəti stabilləşsə də, müalicələri davam edir və bir neçə günə evə buraxılacaqlar”.
A.Maqsudov əlavə edib ki, bu ay əqrəb və qara qurd sancması ilə müraciət edən olmayıb.