Bərdədə məktəb yaxınlığındakı mağazalar yandı

Bərdədə ticarət obyektlərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.