Türkeşin evi muzey olduƏrdoğan göstəriş verib

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) qurucusu mərhum siyasətçi Alparslan Türkeşin doğulduğu və 8 yaşına qədər yaşadığı ev muzey oldu

Lefkoşada yerləşən mənzilin baxımsız vəziyyətdə olması ilə bağlı uzun müddətdir müzakirə gedirdi. Ev prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türk İş Adamları Birliyi (TİKA) tərəfindən restovrasiya edilərək, muzey halına gətirilib. Muzeydə Türkeşin oxuduğu Qurani-Kərim, Həcc ziyarətində namaz qıldığı səccadə, təsbehi və həyatı boyunca istifadə etdiyi əşyaları nümayiş olunur. Ziyarətçilər müzeydə MHP qurucusunun öz səsindən qurultaylarda etdiyi çıxışları da dinləyə bilirlər. Ev muzeyinin qapısı üzərinə 9 işıq və 9 Boz Qurdu təsvir edən fiqurlar çəkilib. 
Muzeyin bu gün prezidentin köməkçisi Fuat Oktayın və MHP qurucusunun oğlu Toğrul Türkeş tərəfindən açılış mərasimi keçirilib. 
Qeyd edək ki, Alparslan Türkeş 1917-ci ildə Lefkoşada dünyaya gəlib. Ailəsi ilə birlikdə 1933-cü ildə Lefkoşadan İstanbula köçüb.