Davudoğlu ilə Babacanı “pul” ayırıb – Birlikdəlik buna görə baş tutmayıb

Türkiyədə yeni siyasi partiya qurmaq hazırlığında olan sabiq baş nazir Əhməd Davudoğlu, daha bir sabiq nazir Əli Babacanla əlaqələrindən danışıb

Qeyd edək ki, əvvəl sabiqlərin birgə partiya quracağı bildirilsə də, sonradan onların ayrı-ayrılıqda təşkilat yaratdıqları söylənir.

Sherg.az Türkiyə mediasına istinadən bildirir ki, Davudoğlu “Əli Babacanla niyə birlikdə deyilsiniz?” – sualına cavab verib: “Manifesti birlikdə açıqlamaq istərdim. Bərabər hərəkət etmək üçün əlimdən gələni etdim. Niyə alınmadığını mən də bilmirəm. Bu sualı Əli bəyə verməkdə də fayda var”. 

Davudoğlu “bilmirəm” desə də yaxın çevrəsindən əldə edilən məlumata görə, iki sabiq nazirin adamları arasında davamlı görüşlər keçirilib. Hətta qurulacaq partiyanın sədrindən tutmuş müavinlərə kimi hər kəs müəyyənləşibmiş. Ancaq sonra Babacan birgə partiya qurmaqdan imtina edərək, birlikdəliyi rədd edib. 
Rədd cavabının səbəbi isə maliyyə çevrələrinin Davudoğlunu istəməməsi olub. Buna görə də sabiqlər hərəsi öz yolunda addımlamağa qərar veriblər. 
Yeri gəlmişkən sabiq baş nazirin köməkçisi olmuş Məhmət Şimşəkin hansı tərəfdə olacağı da maraqlıdır. Şimşəkin Davudoğlu ilə birlikdə şəklini yayan sabiq siyasətçilərdən biri “Şimşək bizimlə” deyərək şəkilə şərh yazıb.