Ermənistanın Azərbaycanla sərhəd İcevan rayonunda iyulun 17-də baş vermiş hadisələr baş nazir Nikol Paşinyan və hökuməti üçün ölkəni bürümüş yoxsulluq və işsizlik problemlərindən qaynaqlanan ilk ciddi siqnal hesab edilə bilər. Virtualaz.org xəbər verir ki, həmin gün hökumətin meşələrin qırılmasına qarşı qanunları sərtləşdirməsinə, odunsatanlar qarşı yollarda postlar qurmasına etiraz olaraq bir neçə min (rəsmi məlumata görə 500-ə yaxın) yerli sakin İcevan-Yerevan avtomobil yolunu, İcevanın mərkəzindəki yolları bağlayıb. Bölgəyə ətraf rayonlardan və Yerevandan əlavə polis qüvvələri göndərilib. Jurnalistlər Dilican-İcevan yolu boyunca və şəhərdə polisləri daşıyan 30 avtobus sayıblar.
Etirazçılarla polis arasında toqquşma olub. Etirazçılar polisi daşa basıblar və onları geri çəkilməyə məcbur ediblər. 13 nəfər, o cümlədən 11 polis əməkdaşı xəsarət alıb. 40-a yaxın etirazçı saxlanılıb, onlardan 22-i həbs edilib.
Rəsmi məlumatda deyilir ki, iyulun 17-də 500-ə yaxın insan "maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq" üçün küçələri bağlayaraq etiraz keçiriblər.
İki həftə əvvəl Ermənistan parlamenti meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericiliyə dəyişiklər edib. İşsizlikdən gileylənən İcevan sakinləri isə jurnalistlərə odun satmağı "yeganə qazanc yeri" adlandırıblar.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə bağlı saxlanılanlar "bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən silah və müxtəlif əşyalardan silah kimi istifadə edərək xuliqanlıq və hakimiyyət nümayəndəsinə orta ağırlıqda zərər yetirərək müqavimət göstərmək" maddələri ilə şübhəli bilinir. Bəziləri ölkəni tərk etməmək imzası ilə buraxılıb.
Polis tərəfindən saxlanılanların qohumları vilayət administrasiya binası yaxınlığındakı meydana toplaşıb, həbs olunanlar barədə məlumat olmadığından gileylənirlər. Ertəsi gün sakinlər yolu bağlamaq üçün daha bir neçə cəhd göstəriblər, amma İcevana yeridilmiş əlavə polis qüvvələri onlara imkan verməyiblər.
Hadisələrlə bağlı Ermənistan Polis və Milli Təhlükəsizlik Xidməti rəhbərliyi İcevana yollanıblar. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan xəbərdarlıq edib ki, həmin hadisələrin təşkilatçıları müəyyən edilib və onlar cəzasız qalmayacaqlar. Vanetsyan etirazların arxasında bölgədə meşələri talamaq yolu ilə varlananların dayandığını deyib.
Vanetsyan vilayət administrasiyasının binasında müşavirə keçirəndən sonra etirazçılar onun da yolunu kəsiblər. Xüsusi xidmət rəhbərini müşaiyət edən polislər etirazçılara müdaxilə edərək yolu açıb.
İcevan hadisələri Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasının əsas məsələsi olub. Baş nazir Paşinyan öz doğma şəhərindəki etiraz aksiyasının "meşələrdə qeyri-qanuni ağacları kəsib odun satmaqla məşğul olanlar tərəfindən" təşkil edildiyini bildirib.
"Dünən İcevanda yolverilməz hadisə baş verib. Meşə ağaclarını kəsməklə məşğul olanlar tərəfindən təşkil edilmiş aksiya iştirakçıları, polisin qanuni tələblərinə tabe olmayaraq, onlara bədən xəsarəti yetirib", - deyə Paşinyan Polis rəisi müavini Vardan Movsisyandan izahat tələb edib.
Polkovnik Movsisyanın sözlərinə görə, Ermənistanın Lori və Tavuş vilayətlərində meşələrin qeyri-qanuni yarılmasının qarşısı alınması çərçivəsində müvafiq tədbirlər keçirilirmiş. Və bu, həmin "bizneslə məşğul olanlarda narazılıq doğurub".
"Onlar küçələri bağlamaqla məsələ həll etmək istəyiblər. Bir neçə dəfə İcevan-Noyenberyan yolu, İcevanın Yerevan küçəsini bağlayıblar. Beş yüzə yaxın insan keşikçi məntəqələrin çıxarılmasını və vilayətdən qeyri-qanuni kəsilmiş ağacların çıxarılmasına maneə olmamağı tələb ediblər", - polis rəisinin müavini deyib.
Polis rəisinin müavini etirazçıların daş və çubuqlarla polisə hücum etdiyini bildirib.
Baş nazirin sualına cavab olaraq, Ermənistan ətraf mühiti naziri Erik Qriqoryan iki həftə bundan əvvəl parlamentdə meşələrin qeyri-qanuni yarılması üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunvericilik dəyişikliklər paketi qəbul olunduğunu bildirib.
Eyni zamanda o, əhaliyə yanacaq üçün pulsuz odun verildiyini deyib. Nazir hesab edir ki, aksiyanın məqsədi maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaqdır, "lakin postlar buna mane olur".
Onun sözlərinə görə, hazırda müxtəlif meşə təsərrüfatlarında qeyri-qanuni ağacların kəsilməsi ilə bağlı onlarla cinayət işləri qaldırılıb. Ekologiya naziri deyib ki, müxtəlif hesablamalara görə, odun tədarükünün kölgə illik kölgə dövriyyəsi 500 mindən 1 milyon kub metr təşkil edir.
"Bunu 40 dollara (1 kub metrin qiyməti) vursaq, ildə təxminən 40 milyon dollar təşkil edir", - cümə axşamı Hökumətin növbəti iclasında Erik Qriqoryan deyib.
Nazir etirazların arxasında duranların qanunverici hakimiyyətə də təsir etmək iqtidarında olduğuna işarə edib. Lakin heç bir konkret ad açıqlamayıb.
Baş nazir Paşinyan etirazçıların tələblərini əsassız adlandırıb və meşə ağaclarını qırmaq məsələsində güzəşt edilməyəcəyini bildirib.
"Heç bir kompromis, qeyri-qanuni kompromis olmayacaq. Mən hüquq-mühafizə sistemi qarşısına çox aydın tapşırıq qoyuram və burada söhbət Polis, Milli Təhlükəsizlik Xidməti və başqa hüquq-mühafizə orqanlarının funksionallığından gedir. Qeyri-qanuni fəaliyyətlə heç bir kompromis olmayacaq. Heç kəs Ermənistan hökuməti ilə şantaj dilində danışa bilməz və bunun praktik tətbiqi hüquq-mühafizə sisteminin borcudur", - Paşinyan deyib.
Baş nazir bildirib ki, qeyri-qanuni odun satışının sadə odun yaranların vəziyyətini yaxşılaşdırmır: onlar necə yoxsuldurlar, elə yoxsul da qalırlar.
"Bəli, onları istismar edən kiçik bir qrup varlanır, əlində mişar odun daşıyıb, yükləyən qara fəhlələrin həyatında isə heç nə dəyişməyib", - Paşinyan deyib.
Jurnalistlərlə danışan yerli sakinlər isə işsizlikdən gileylənib və odun satmağı yeganə "dolanışıq imkanı" olduğunu deyirlər. Məsələ belədir ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrində ölkənin digər yerlərində olduğu kimi total yoxsulluq və səfalət hökm sürür. Doğrudur, yaşayış məntəqələrinin çoxunda təbii qaz va və hökumət sərhədyanı kəndlərin sakinəri üçün güzəştli tarif tətbiq edir.
Lakin əhali olduqca yoxsul olduğundan istifadə edilən təbii qazın haqqını güzəştli tariflərlə də ödəyə bilmir və nəticədə yanacaq kimi odundan istifadə edir. İcevan meşələri həm də əhalinin dolanışıq mənbəyidir, onlar meşələrdən indiyədək maneəsiz odun tədarük edərək satırdılar. İndi isə hökumətin tətbiq etdiyi qadağalar əhalini əsas dolanışıq mənbəyindən məhrum etmiş olur. Paşinyanın hökuməti isə əhaliyə dolanışıq üçün alternativ imkanlar yaratmaq, yeni iş yerləri açmaq və kənd təsərrüfatının inkişafını stimullaşdırmaq imkanında deyil. Onun hakimiyyətə gələrkən verdiyi populist vədləri reallaşdırmaq elə də asan deyil, bütün cəhdlərə və “məxməri inqilab”la bağlı təbliğata baxmayaraq Ermənistana sanballı investisiyalar cəlb etmək mümkün olmur.
Ermənistanda yoxsulların üsyanı: Paşinyana ciddi xəbərdarlıq doğma rayonundan gəldi
14:33 21.07.2019
Gündəm
698
Oxşar xəbərlər
Xəbər lenti
“Real Madrid”in ulduzu “Qalatasaray”ın təklifini geri çevirib
23:57 18.04.2024
İdman
Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler
23:47 18.04.2024
Siyasət
İran XİN Tehranın cavab addımlarının tamamlandığını açıqlayıb
23:38 18.04.2024
Dünya
"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"
23:26 18.04.2024
Şou
Qazaxıstanda yük qatarının iştirakı ilə ağır qəza baş verib
23:19 18.04.2024
Dünya
ÜST: Martda 25 mindən çox insan vəbaya yoluxub
23:08 18.04.2024
Sağlamlıq
İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
22:33 18.04.2024
Dünya
AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
22:07 18.04.2024
Dünya
Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb
21:44 18.04.2024
Dünya
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
21:35 18.04.2024
Dünya
Ağdaşda 30 yaşlı kişi intihar etdi
21:15 18.04.2024
Hadisə
İrandan İsrailə növbəti xəbərdarlıq...
21:03 18.04.2024
Dünya
Argentina NATO-dan qlobal tərəfdaş statusu istəyir
20:45 18.04.2024
Dünya
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:15 18.04.2024
Dünya
Lui Bono Gürcüstanda səfərdədir
20:07 18.04.2024
Gündəm
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
19:31 18.04.2024
Dünya
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
19:20 18.04.2024
Dünya
Bakıda narkokuryerdən 5 kq marixuana götürüldü
19:08 18.04.2024
Hadisə
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:52 18.04.2024
Gündəm
Milli Məclisi - Yeni Kaledoniya Konqresi: Əməkdaşlıq Memorandumu
18:32 18.04.2024
Siyasət
Respublika Pediatriya Mərkəzi yaradılıb
18:15 18.04.2024
Gündəm
Azərbaycanla Türkiyə arasında bu ləğv edilir
Azərbaycanla Türkiyə arasında bu ləğv edilir
18:00 18.04.2024
Siyasət
ABŞ İrana qarşı sanksiyaları genişlənidirib
ABŞ İrana qarşı sanksiyaları genişlənidirib
17:38 18.04.2024
Dünya
Röya Ayxan ailə quracaq
Röya Ayxan ailə quracaq
17:31 18.04.2024
Şou