Bakı-2019: Tennisdə Azərbaycan cütlərinin rəqibləri bəlli oldu

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti püşkatma baş tutub.

APA -nın məlumatına görə, iyulun 23-də start götürəcək oğlan və qızlarda ibarət cütlərin yarışında 1/16 finalda üz-üzə gələcək tennisçilər müəyyənləşib.
Tamerlan Əzizov və Kənan Qasımov portuqaliyalı cütlüklə qarşılaşacaq. Təmsilçilərimiz Tyaqo Pereyra və Daniel İvanovla münasibətlərini aydınlaşdıracaq.