Gürcüstanda polislə oğrular arasında atışma olub



Tbilisidə oğurluq faktının qarşısı alınarkən polislə oğrular arasında atışma baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atışma Tbilisidə yerləşən "Karvasala" ticarət mərkəzində oğurluğa cəhd edən iki nəfərin saxlanılması zamanı qeydə alınıb. Hadisə nəticəsində yaralanan olmayıb. Faktla bağlı cinayət işi açılıb.