Şəmkirdə ağlr qəza nəticəsində sürücünün qolu kəsilib


Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Şəmkir-Kür qəsəbəsi yolunda baş verib.

“VAZ 21 06” markalı minik avtomobili “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı minik avtomobilini idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

İlkin məlumata görə, qəzaya yüksək surət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.