İki gənc qıza silahlı hücum: Döyüldüyünü sevgilisinə deyib, o da...

Türkiyənin Adana şəhərinin Ceyhan qəsəbəsində silahlı hücuma məruz qalan 2 gənc qızdan biri yaralanıb. Hücumu təşkil etdirməkdə şübhəli bilinən bir gənc qız polis tərəfindən saxlanılıb.

Sherg.az qardaş ölkə KİV-inə istinadən xəbər verir ki, iddiaya görə, 19 yaşlı Dilara B. və 24 yaşlı Şeyda O. aralarında mübahisə olan Menekşe A-yı döyüblər. Menekşe A da hadisəni sevgilisi Mustafa Ö-yə danışıb. Gənc qızları izləyən Mustafa Ö. gecə saat təxminən 23.00-da Namik Kamal məhəlləsindəki Orxan Əkici bulvarında gəzişən Dilara B. və Şeyda O-ya silahdan atəş açıb. 

Dilara B. hücumdan yaralanmadan qurtulsa da, Şeyda O müxtəlif yerlərindən yaralanıb. Hadisə yerinə çağrılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılan Şeyda O əməliyyat edilib. Faktla bağlı polis araşdırmalara başlayıb. Hadisəni təşkil etdiyi şübhəsi ilə Menekşe A saxlanılıb. Atəş açdığı bildirilən Mustafa Ö-nün isə yaxalanması üçün tədbirlər görülür.