"Boinq"lərin “məzarlığı” aşkarlandı - FOTO


Cənubi Kaliforniyanın Viktorfil hava limanında "Boinq 737 MAKS" təyyarələrinin "məzarlığı" aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə "Daily Mail" informasiya yayıb.

Məlumata görə, hava limanında "Southvest Airlines" şirkətinə məxsus 35 ədəd "Boinq 737 MAKS" təyyarəsi saxlanılıb. Sözügedən təyyarələr "Boinq 737 MAKS" modelinin səbəb olduğu qəzalardan sonra bu modelin uçuşlarının qadağan edilməsinə görə "dustaq" edilib. Onların ən azı bu ilin noyabrına qədər uça bilməyəcəyi bildirilir.

Xatırladaq ki, hazırda "Boinq" şirkəti sözügedən təyyarələrin proqram təminatının yenilənməsi üzərində çalışır.