Sumqayıtda 20 yaşlı gənc dənizdə batıb


Sumqayıt şəhərində dənizdəbatan şəxsin meyiti sudan çıxarılıb.

APA -nın Sumqayıt bürosunun verdiyi məlumata görə,Sumqayıt şəhər sakini 1999-cu il təvəllüdlü Əsədov Rauf Elxanoğlunun cəsədi sudan çıxarılaraq aidiyyətiüzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.