Şəmkirdə qəza: 1 ölü, 4 yaralı


Şəmkirdə  ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 381 km-də qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik maşını ilə "Niva" maraklı avtomobil toquşub. Nəticədə "Jiquli"nin sürücü hadisə yerində ölüb. Hər iki avtomaşında olan 4 nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.