4 istirahət mərkəzi cərimələndi - ADLAR


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Bu barədə"Sherg.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.