Bakı-2019: İlk günün medalçıları mükafatlarını aldı - FOTOLAR


Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının ilk günündə medal qazanan idmançıların mükafatlandırılma mərasimi keçirilib.
APA -nın məlumatına görə, tədbir Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunub.
Açılış mərasiminədək baş tutan güləş yarışlarında mükafat qazanan 15 idmançının təltif olunması tədbiri bu idman növü üzrə növbəti medal qarşılaşmaları ərəfəsində keçirilib. Yunan-Roma və sərbəst güləşin hər ikisində 45 kq ilə 55 kq çəki dərəcəsində “üçlüy”də düşənlər medalları ilə təltif olunublar.
Sərbəst güləş üzrə 45 kq çəki dərəcəsində bir bürünc medal sahibini tapdığından, ümumilikdə 7 idmançı bu əyardan, 4-ü qızıl, 4-ü gümüşə yiyələnib.
Azərbaycan millisinin dörd üzvü də fəxri kürsüyə qalxıb, Azərbaycan bayrağı qaldırılıb. Sərbəst güləşçi Murad Haqverdiyev (45 kq) və yunan-Roma güləşçisi Fərid Sadıxlı (45 kq) qızıl medalını alıb, onların şərəfinə Azərbaycan himni səslənib. Sərbəst güləşdə Əbülfəz Nəsirov (55 kq) gümüş, yunan-Roma güləşində Nihad Məmmədli (55 kq) bürünc mükafatını alıb.