“Rayon və kəndlərdə sərnişindaşıma bərbad haldadır” - Başlı-başına buraxılıb


“Bu sərəncamların icrası Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə baş tutur. Turizm potensealı üstün olan rayonlarımızda isə heç bir tədbir görülmür”

“Rayon və kəndlərdə sərnişindaşıma bərbad haldadır, insanlar əziyyət çəkir”.
Bu barədə “Sherg.az”a rayon və kəndlərdə sərnişindaşımalardakı problemlərdən danışarkən nəqliyyat üzrə ekspert Fərhad Eyyubov bildirib.
Onun sözlərinə görə, Azərbnaycanda sərnişindaşımaları şəhərdaxili və şəhərlərarası olmaqla iki yerlərə bölünür:

“Şəhərdaxili daşımalar bir şəhərin müxtəlif yerlərinə sərnişin daşımalardır. Şəhərlərarası daşımalar isə adından göründüyü kimi sərnişinləri şəhərlərarası aparmalardır. Eyni zamanda rayonlarda rayon və kənd daşımaları da var. Hazırda bizim iri şəhərlərimizdə sərnişindaşımalar keyfiyyət göstəricinə yaxındır.
Amma rayon və kənd daşımalarında ciddi problemlər var. Rayonlarda sərnişindaşımalar özəlləşdirilmiş sektordur. Yəni, bu sahə başlı-başına buraxılıb. Hər zaman rayon və kəndlərdə sərnişindaşımaları diqqət mərkəzindən kənarda qalıb.
Ona görə də bu sahədə problemlər, narazılıqlar bitmir. Insanlar çətinlik çəkir. Bu sahəyə Nəqliyyat Nazirliyinin Avtomobil Nəqliyyatı Xidməti bölməsinin şöbələri baxır. Lakin görünən odur ki, rayonlarda sərnişindaşımalar çox pisdir. Insanlar əzəyyət çəkir. Bu sahəyə proqram şəklində baxılması lazımdır”.

F.Eyyubov onu da söyləyib ki, eyni zamanda dövlət proqramında və Nazirlər Kabinetinin sərnişin və yükdaşımalar haqqında xüsusi sərəncamları var:

“Bu sərəncamların icrası Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə baş tutur. Turizm potensealı üstün olan rayonlarımızda isə heç bir tədbir görülmür. Amma bu sahədə bəzi tədbirlər həyata keçirilməlidir. Rayonlarda sərnişindaşımalar özəl sahədirsə, özəl sektor inkişaf etdirməlidirlər. Yəni, bu işlə məşğul olan insanlara  xüsusi güzəştlər olunmalıdır.
Eyni zamanda Bakı şəhərində marşrut xəttindən çıxarılan bəzi istifadəyə yararlı olan avtobuslar rayonlara verilə bilər. Rayonlarda yaşayan vətəndaşlarımız sərnişindaşımalarından ciddi şəkildə narazıdır. Ona görə də istər elmi, istərsə də texniki cəhətdən yeni proqram hazırlanıb rayonlarda tətbiq olnmalıdır.
Bəzi yerlərdə dayanacaqlar qurulmalıdır. Məsələyə ümumi prizmadan baxdıqda onu deyə bilərəm ki, bu sahədə böyük işlər görülməlidir. Rayonlarda, xüsusən də, kəndlərdə sərnişindaşımaları bərbad vəziyyətdədir.
Nəqliyyat vasitələri, bəzi yollar, dayanacaqlar istifadə üçün yararsızdır. Məsələyə ciddi şəkildə baxılmalıdır”.