Düşmən təxribatının qarşısı alındı - DSX


“Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib”.

Bu barədə "Sherg.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulmuş, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.