Küçənin ortasında qorxunc cinayət: Qılıncla öldürüldü


Almaniyada küçənin ortasında iki adam mübahisə edib. Mübahisədən sonra əlinə qılınc alan adam digər adamı vəhşicəsinə öldürüb. O anlar həvəskar kamera tərəfindən qeydə alınıb.


Sherg.az xarici media istinadən xəbər verir ki, hadisə Almaniyanın Ştuttqard şəhərində baş verib. Küçənin ortasında mübahisə edən iki adamdan biri, 36 yaşlı digər adamı qılıncla  öldürüb.Şübhəlinin hadisə yerindən motosiklet ilə qaçdığı, polisin avtomobil və vertolyotla şübhəlini qovduğu qeyd edilir. Polis spikeri Stefan Keilbach, şübhəlinin sonunda tutulduğu xəbərini yayıb.
Turan