“Azərbaycandakı sosial-iqtisadi islahatlar, siyasi təməllər möhkəmdir”

“Ölkə başçısı İlham Əliyev müşavirədə çox önəmli mesajlar verdi”.

Bunu “Sherg.az”a açıqlamasında tanınmış jurnalist Tural İsmayılov deyib. 

Ekspertin sözlərinə görə, müşavirə bir daha göstərdi ki, ölkədəki sosial-iqtisadi islahatlar, siyasi təməllər möhkəmdir: 

“Birbaşa dövlət başçısının nəzarəti ölkədə həm əmin-amanlığın, həm ictimai-siyasi sabitliyin əsas qarantıdır.

 Prezidentin çıxışı həm də yarıtmaz məmurlara, süni qiymət artımı yaratmağa cəhd edən monopolist ruhlu adamlara da mesaj xarakteri daşıyırdı. 

Ölkə başçısı vətəndaşın sosial rifahının qeydinə qalır. Prezidentin iradəsi Azərbaycanın dövlət təsisatlarını möhkəmlədir. Azərbaycanda əhalinin qeydinə qalmaq məhz cənab Prezidentin əsas amal və qayəsidir. Yerlərdəki bəzi yarıtmaz məmurlar, iş bacarmayan adamlar, vətəndaşı saymayanlar Prezidentimizdən örnək götürməlidirlər”. 

T.İsmayılov vurğulayıb ki, Azərbaycan bu gün dünyanın ən önəmli ölkələrindən birinə çevrilir, bunun qarantı isə cənab İlham Əliyevdir: 

“Biz ilk öncə vətəndaş olaraq dövlətçilik məsuliyyətimizi dərk etməli və cənab Prezidentin yanında dayanmalıyıq.

Eyni zamanda bəzi məmurlar da xaricdəki bəzi radikal ünsürlərə rəvac verəcək səhvlər buraxmamalı, xalqın mənafeyini hər zaman önəmli hesab etməlidirlər”.