"Çuxur"dan çıxıb çoban oldu


Türk aktyoru Aras Bulut İynemlinin baş rol oynadığı "Yeddinci koğuşdakı mucize" filminin çəkilişləri davam edir.

Filmdə əqli geriliyi olan çoban bir ata obrazını canlandıran aktyor bu rol üçün psixoloji dəstək aldığını dilə gətirib.

""Çuxur"dan sonra istirahət etmək istəyirdim. Ancaq bu filmin senarisini oxuyunca çox təsirləndim və mən bu hekayədə olmalıyam dedim. Rol üçün psixoloqlarla görüşdüm, 7-8 kiloqram çəki verdim", deyə, aktyor qeyd edib.