Bu gün ali məktəblərə ixtisas seçimi başa çatır


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır.

APA-nın xəbərinə görə, ixtisas seçimi saat 23:59-dək davam edəcək.

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.