ABŞ-ı qana boyayan adam: Qurbanları arasında öz bacısı da olub

  Bir müddət öncə ABŞ-ın Ohio əyalətinin Dayton şəhərindəki bir bara silahlı hücum edilmişdi. Basqın nəticəsində 9 kişi həyatını itirmişdi. Hadisədən sonra cinayəti törədən şəxsin 24 yaşlı Conner Bets olduğu açıqlanmışdı. Qandonduran məqam odur ki, cinayətkarın qurbanları arasında öz bacısı da var imiş



 Ötən gün Amerika mətabuatı hadisə ilə bağlı əlavə məqamları üzə çıxarıb. İddiaya görə, qatil planlı şəkildə “ölüm və təcavüz siyahısı” hazırlayıb. Qanunsuz hərəkətləri səbəbi ilə liseydən xaric edilən Betsin sinif yoldaşlarının anlatdığına görə, qatil həmin siyahıya əsasən cinayətlərini həyata keçirməyi planlayıb. Lakin siyahı ifşa olduğu üçün Betsi məktəbdən uzaqlaşdırıblar. Sinif yoldaşının ifadəsinə əsasən, məlum “ölüm və təcavüz” siyahısında onun da adı olub. Atletizm klubundakı dostu isə Betsin davamlı olaraq digər insanları təhdid etdiyini açıqlayıb: “Çox insan onu görməzdən gəlirdi. O isə insanları qorxutmaqdan həzz duyurdu”.  







Liseyin məzunu 23 yaşlı Hannah Şov da mediaya reportajında adının “təcavüz siyahı”sında olduğunu deyib: “Betsin əlində silah var idi. Hər gün insanları təhdid edir, qorxudurdu. 10 ildir tanış olduğunuz birinin günahsız insanları gözünü qırpmadan qətl etməsi çox dəhşətli mənzərədir. Axı o əsgərlərin sahib olduğu bir silaha necə sahib olub? Bunu hardan əldə edib?”.

Betsin digər yaxın dostları isə onun əslində “yaxşı insan” olduğunu iddia ediblər. Məktəb yoldaşı Brad Hovard qatillə çox gözəl anlaşdığını, yaxşı vaxt keçirdiklərini bildirib: “Bets xəyal edə biləcəyini ən yaxşı insan idi. Onun kimisə təhdid etdiyini, şiddətə baş vurduğunu heç vaxt görməmişəm. Çox ağıllı biri idi. Sonradan öyrəndim ki, internet vasitəsi ilə odlu silah sifariş edib”.  
Məlumat üçün bildirək ki, cinayətkar axşam saatlarında “Ned Peppers” barının önünə gələrək atəş açmağa başlayıb. Şahidlərin ifadəsinə görə, güllə yağmuruna tutulan insanlar hara gəldi qaçmağa başlayıblar, səs-küy aləmi götürüb. Bir müddət sonra küçədə uzanmış meyitləri görüblər: “Bizə tez bunanı boşaltmağı söylədilər. Çox təəccüblənmişdik. Təcili surətdə deyilənləri etdik. Maşınıma mindim və dərhal uzaqlaşdım. Gedərkən polisləri yerdəki cəsədlərin başında dayandığını gördüm. Qatilin silahından çıxan güllələr 9 insanın həyatını almışdı. Sonra məlum oldu ki, qatilin öz bacısı da hadisədə həyatını itirib”.   Polisin açıqlamasına görə, Betsin üzərində güllə keçirməz zirehli paltar olub. Həmçinin, yanında bir neçə güllə darağı da gətirib. Onun atəş açması sadəcə 30 saniyə davam edib.