Atambayevin evindən xeyli yaralı çıxarıblar, bir xüsusi təyinatlı ölüb


Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov artıq Bişkekə gəlib


Yerli vaxtla 00:55-dək olan məlumata görə, tibbi yardım müəssisələrinə 36 yaralı çatdırılıb

Sputnik Qırğızıstan bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Avqustun 7-də axşamçağı güc strukturları Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taşdakı iqamətgahında xüsusi əməliyyat keçirərək onu həbs etməyə çalışıblar. 

Milislə Atambayevin tərəfdarları arasında qarşıdurma başlayıb. 


Yaralananların 15 nəfəri güc strukturlarının əməkdaşlarıdır. Onlara odlu silah yaralanması, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi kimi müxtəlif diaqnozlar qoyulub. Xüsusi təyinatlılardan biri isə həlak olub

RİA-Novosti bildirir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov artıq Bişkekə gəlib. O, avqustun 8-də, səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirəcək.