Natiq Cəfərli: “..Qonşu və bəzi Avropa ölkələrindən bahadır. Məsələn, Çexiyada ən öndə gedən universitetlərdən birinin illik ödəniş haqqı Azərbaycan pulu ilə 900 manatdır”
“Ölkəmizdə adi universitetlərində qiymətlər bundan qat-qat bahadır. Bu problemin kökündən həll olunması üçün dövlətin yeni bir proqram qəbul etməsinə ehtiyac var”
Azərbaycanın ali məktəblərində təhsil haqlarının yüksək olması daim müzakirə mövzu olub. Və zaman-zaman ciddi narazılıqlara səbəb olub. Bəziləri düşünür ki, təhsil, ümumiyyətlə, ödənişsiz olmalıdır. Digərlərinin fikrincə, indiki reallıqda bu mümkün deyil.
Ali məktəblərə qəbulun nəticələrinin elan olunacağı ərəfədə bu məsələni “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, ekspert Qadir İbrahimli bir daha qabardıb. O hesab edir ki, dövlət ali məktəblərində ödəniş ləğv edilməlidir.
Ekspertin sözlərinə görə, orta aylıq gəlirin 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur: “Ümumiyyətlə, dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl unversitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır”.
Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, Avropa ölkələrinin böyük əksəriyyəti 2020-ci ildən dövlətin nəzarətində olan universitetlərdə dövlət dilində təhsil tamamilə pulsuzdu:
“Artıq keçən ildən başlayaraq Finlandiyada və bəzi Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, gələn ildən isə Fransada və digər ölkələrdə öz ana dilində təhsil almaq pulsuz olacaq. Bunu ona görə edirlər ki, ali təhsilli insanların sayının çox olması ölkənin rifah halının yüksəlməsi ilə düz mütənasibdir. Yəni, nə qədər çox təhsilli insan varsa, həmin ölkələrdə rifah halı bir o qədər yüksək olur.
Bu nöqteyi nəzərdən Azərbaycanda dövlət universitetlərində ana dilində təhsil pulsuz olmalıdır. Rus və ingilis dilində təhsil almaq istəyənlər varsa, bu pullu ola bilər. Amma sırf ana dilində təhsilin pulsuz olması ilə bağlı qərar verməyin zamanı yetişib. Bu, çox vacib bir məsələdir. Çünki kifayət qədər insanlar var ki, kasıb ailələrdən çıxırlar, ödənişi tapa bilmədiklərindən ali məktəbdən imtina etməyə məcbur olurlar”.
İqtisadçı qeyd edib ki, son 3 ilin statistikasında təxminən 8 minə yaxın gənc ali məktəbdən imtina etmək məcburiyyətində olub:
“Bu, çox acınacaqlı bir haldır. Özəl təhsil müəssisələrinə gəldikdə isə dövlətin xüsusi bir proqamı yaradıla bilər. Çox yüksək bal toplamış vətəndaşlarımız Azərbaycan dilində təhsil almaq istəyirlərsə, dövlət sifarişi ilə həmin özəl müəssisələrə büdcədən vəsait götürülə bilər. Əslində təhsilin pullu olması, 70-80-ci illərdə daha başqa bir konsepsiyaya əsaslanmışdı. O zaman təhsil almaq istəyənlərin sayı kifayət qədər çox idi. Dünyada belə qərar qəbul olundu ki, təhsili bir az pullu etsinlər, peşələrə də yönələnənlər olsun.
İndi isə Azərbaycanda çox vaxt özəl universitetlər daha çox təhsilin qiymətini qaldırırlar. Məsələn, oğlan uşaqları hansısa fakültəyə qəbul olduqda əsgərliyə 4 il getməmək haqqını da sanki həmin təhsil haqqının üzərinə gəlirlər. Bu da düzgün yanaşma deyil. Açığı demək lazımdır ki, Azərbaycanda təhsilin keyfiyyəti çox aşağıdır. Amma təhsil haqları qonşu və bəzi Avropa ölkələrindən bahadır. Məsələn, Çexiyada ən öndə gedən universitetlərdən birinin illik ödəniş haqqı Azərbaycan pulu ilə 900 manatdır.
Amma ölkəmizdə adi universitetlərində qiymətlər bundan qat-qat bahadır. Bu problemin kökündən həll olunması üçün dövlətin yeni bir proqram qəbul etməsinə ehtiyac var. Dövlət universitetlərində təhsilin addım-addım pulsuz olmasına doğru gedilməlidir.
Özəl müəssisələrə qəbul olan yüksək bal toplamış tələbələrə dövlət büdəcsi tərəfindən ödənişlərin proqramı qəbul olunmalıdır. Bu zaman Azərbaycanda ali təhsilə çıxış imkanları daha da genişlənəcək və ölkəmizin ümumi rifah halının yüksəlməsinə xidmət ediləcək”.
“Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır, amma təhsil haqqı...” – Real mənzərə
18:20 08.08.2019
Təhsil
1114
Oxşar xəbərlər
Xəbər lenti
Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
Avropa ölüm riski ilə qarşı-qarşıyadır - Makron
17:50 25.04.2024
Dünya
Prezidentlər Şahbulaq qalasında olublar - YENİLƏNİB
Prezidentlər Şahbulaq qalasında olublar - YENİLƏNİB
17:40 25.04.2024
Gündəm
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:11 25.04.2024
Gündəm
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:11 25.04.2024
Gündəm
Ekspert: İntizam tənbehi direktorlara verilən yumşaldıcı cəzadır
17:02 25.04.2024
Təhsil
Timsah göz yaşları: Qərb qatili "qəhrəmanlaşdırır"
16:57 25.04.2024
Aktual
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:34 25.04.2024
Gündəm
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!
16:22 25.04.2024
Gündəm
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi
16:11 25.04.2024
Siyasət
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
Ceyranbatanda batan oğlanın axtarışları davam edir - VİDEO
16:00 25.04.2024
Hadisə
Amerikada yeni virus hazırlanır? -ŞOK İDDİA
15:50 25.04.2024
Sağlamlıq
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
Qarabağ probleminin həlli bu ölkələri narahat edir
15:43 25.04.2024
Aktual
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB-1
15:32 25.04.2024
Hadisə
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
YAP Yaqub Mahmudova başsağlığı verdi - FOTO
15:24 25.04.2024
Mədəniyyət
İranın məkrli niyyəti: Təbrizdə Ermənistan konsulluğu niyə açılır?
15:13 25.04.2024
Dünya
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
Azərbaycan əhalisi Tiktokun bağlanmasını istəyir - Sorğu
15:08 25.04.2024
Sosial
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
Mayın 1-dən ibtidai siniflər üçün yaz tətili başlayacaq
14:56 25.04.2024
Təhsil