Putin müsəlmanları təbrik etdi 


"Müsəlmanlar ata-babalarının zəngin mədəni və mənəvi irsini göz bəbəkləri kimi qoruyurlar"


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu ölkədə yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Rusiya lideri müsəlman təşkilatlarının ölkədə millətlər və dinlərarası dialoqa dəstək verməsini xüsusi qeyd edib.

"Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, müsəlmanlar ata-babalarının zəngin mədəni və mənəvi irsini göz bəbəkləri kimi qoruyur, böyüyən nəslə tarixə, əcdadların adət-ənənələrinə hörmət aşılayırlar", - Prezidentin təbrikində deyilir.

Putin həmçinin müsəlman icmasında sosial, maarifləndirici və təhsil təşəbbüslərinin gerçəkləşdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb. Prezident müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərli olduğunu bildirib.