Qurbanov daha 3 il "Qarabağ"ı çalışdıracaq

  
 "Qarabağ" azarkeşləri rahat nəfəs ala bilərlər.
Komandanın baş məşqçisi Qurban Qurbanov daha 3 il Ağdam klubunun "sükanı" arxasında olacaq. 47 yaşlı mütəxəssis "Qarabağ"la yeni müqavilə bağlayıb.
Xəbəri Sportinfo.az saytı yayıb.

Xatırladaq ki, Qurbanov artıq 11 ildir ki, bu komandaya rəhbərlik edir. "Qarabağ"ın uğurlarında əsas pay sahibi olan Qurban Qurbanov komandada baş məşqçi kimi 2008-ci il avqustun 9-da rəsmi debüt edib. Həmin görüşdə "Qarabağ" "Bakılı"nı 2:1 hesabıyla məğlub etmişdi.