"Allahınızdan qorxun!"

"Rəvana bir sözüm var..."

Günay: «Qızının olduğunu unutma, onun ata sevgisinə, qayğısına ehtiyacı var. Bir gün gələr övladımız böyüyər, biz qocalarıq, onda qızımın sevgisinə bizim ehtiyacımız olar. Onu valideyn sevgisindən məhrum etmək doğru deyil"

"Mən heç vaxt haqsızlıq etmərəm, Rəvan mənə yaxşı baxıb, atası qoymadı, oğlunun evini dağıtdı"

Müğənni Elşad Qarayevlə keçmiş gəlini arasında gərginlik səngiməyib. Elşad Qarayev keçmiş gəlini polisə verib. Bu barədə hər iki tərəf mətbuata açıqlama verib. Elşad Qarayev "Hər şey daxil" verilişinə açıqlamasında nəvəsinin mənəvi sarsıntı keçirməsi ilə bağlı polisə şikayət edən eks-gəlini Günayın ittihamlarına cavab verib:

"Rəvan onlara 1500-2000 manat pul xərcləyirdi. Bunun qarşısını aldım, ayda yalnız onlara aliment ödətdirirəm. Aliment 200 manat deyil, 300 manatdır, yalan deyir. Məndə onun ailəli olduğu məqamlardakı tərbiyəsiz səs yazıları var. Rəvan subay adamdır. Deyir ki, oğlum uşağı kiminsə yanına aparıb. Yalandır. Uşağın telefonu bağlıdır, mən bağlamışam, çünki oyun oynayırıq. Burada nə var ki? Nə deyirsə, yalandır. İndi mən özüm polisə şikayət edəcəm". 

Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyi idi. Müğənni Günaydan 2017-ci ildə boşanıb. Onların bir övladı var. Xatırladaq ki, Günay keçmiş əri haqda "Gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim? Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur.

Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi. Alimenti ödəməsi üçün dəfələrlə zəng vururam, xalası oğluna yığıram. Ondan sonra ödəyir. Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər" sözlərini deyib. 

Müğənni Elşad Qarayevlə əlaqə yaratdıq. Gəlinini həqiqətən polisə verən müğənni «Şərq»ə açıqlama verib: «Nə deyim? Rəvan ona hər ay yetərincə pul verirmiş. Oğlumu şantaj edirmiş. Mən biləndən sonra Rəvana imkan vermədim ki, o, qızın istəklərini yerinə yetirsin. Qadın, gəlin olan şəxs özünə bir hörmət qoyar. Bu qadında  o yoxdu. Telefonu açan kimi söyüşlə danışır. Rəvanı söyür, atasını, yəni məni təhqir edir.  Polisə verdim, izahat aldılar. Onun istəyi, qarnının  ağrısı odur ki,  Rəvan ona hər ay 2000 manat pul versin. Rəvan övladına baxır. Hər gün zəng edib Rəvandan niyə pul istəyirsən ki? Alimentini ödəyir. Nə istəyirsən daha? Bunu ondan soruşan yoxdu. Rəvan ondan ayrılıb, subay insandı, kiminlə istəyir yaşaya bilər. Rəvanın şəxsi həyatının ona nə aidiyyatı var.

Rəvan qızına da baxır. Daha nə istəyir?  Gah deyir ət pulu ver, gah deyir, filan şeyə pul ver. Rəvan qanunla ona nə qədər  aliment pulu ödənilməlidirsə, onu ödəyir. Oğlumun yaxasından niyə əl çəkmir? Mən polisə müraciət etdim. Qanunla cavabını verəcəyik».
 Məsələyə aydınlıq gətirmək üçün qarşı tərəflə də əlaqə yaratdıq. Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay «Şərq»in müxbiri ilə söhbətində keçmiş qayınatası tərəfindən polisə verildiyini təsdiqlədi: «Bəli,  qayınatam məni polisə verib. Hələ utanmadan bunu dilə gətirməkdən də çəkinmir. Mən sənin nəvənin anasıyam. Bir kişi öz nəvəsinə bu qədər dəyərsiz yanaşa bilməz. Amma o bunu edirsə, öz kimliyini nümayiş etdirir. Qaldı mənimlə bağlı dediyi yalanlara, ailəmin dağılmasının səbəbkarı Rəvanın atası Elşad Qarayev olub. 

Elşad  Qarayev həmişə  bizim ailəmizə qarışıb. Deyir əlimdə səs yazıları var.  Elə burdan sübut olunur ki, qayınata olaraq hər zaman ailə işimizə müdaxiləsi olub.  Ər-arvadın səs yazısının sən, qayınatada  nə işi var? Hansı qayınata oğlu ilə gəlininin şəxsi danışığına qarışmağı özünə yaraşdırar. Deyir onu söymüşəm. İnsan dayandığı yerdə heç kimi səbəbsiz söymür. Mən dəli deyiləm ki, elə-belə qayınatanı söyüm. Söyüb, təhqir edib ki, əvəzində də söyüş  eşidib. Bəs məndə olan səs yazılarına nə deyir? Qayınata gəlininə bunları yazarmı? Biz Rəvanla danışanda gəlib qapının arxasından bizə qulaq asırdı, sonra da xəbərdarlıq etmədən, qəflətən otağa daxil olardı, icazəsiz gəlininin otağına girərdi, deyirdi ki, eşitdim siz nə danışırsız. Məni də təhqir edirdi ki, götür uşağını da,  get atanın xarabasına. Biz ailəli olduğumuz müddətdə bu kimi hadisələr dəfələrlə davam edib, gecə məni evdən qovub, əl uzatmağa çalışıb. Rəvan araya  girib, qoymayıb.

Elşad Qarayev, yəni qayınatam mənə əl qaldırsın.  Dəfələrlə mən evdən çıxmışam, Elşad Qarayev evin qapısının açarını dəyişib ki, mən evə daxil ola bilməyim. Rəvan mənim arxamca gələndə də Rəvanı incidib, onu da söyürdülər.  Əlimdə bunu sübut edən sms-lər də var ki, niyə arvadının dalınca getmisən, boşa getsin.  Rəvan da cavab yazıb ki, ailəmdi axı, niyə ailəmi dağıdım. Neyləyib axı bu qız sizə?  Elşad Qarayev ailəmi dağıtmağa çalışdı, bunu da bacardı.  Mənim Rəvandan əslində şikayətim olmayıb, mənə pis baxmırdı. Elşad Qarayev ailəmizə müdaxilə etməsəydi, ailəm dağılmazdı.  Rəvan ailəsini  Elşadın xəbəri olmadan heç yerə apara bilmirdi, arvadı idim, mənə nəsə alanda gizli alırdı ki, bilməsinlər. Hətta Rəvan atası ilə problem olmasın deyə, elə olub ki, danışdığımızı gizlədirdi, deyirdi özünü elə göstər ki, mən səninlə güya danışmıram, qoy sakitləşsinlər.

Mən heç vaxt haqsızlıq etmərəm, Rəvan mənə yaxşı baxıb, atası qoymadı, oğlunun evini dağıtdı. Valideyn övdladının ailəsinin mehriban olmağını  arzulamalıdı, ailəni dağıtmağa imkan verməməlidir. Daha Elşad  Qarayev kimi oğlunu qısqanıb, evinə söz söhbət salmamalıdır. Vallah, bir ataya, bir kişiyə bunlar yaraşmır.  Bu gün də Rəvan qızına baxmağa çalışır, ona da imkan vermir. Alimentdən əlavə bir manat qızına nəsə alsa buna imkan vermir. O necə  babadı? Vicdanına nə cavab verir?  Bəli, Rəvan da, Elşad da məni polisə verib. Əhsən hər ikisinə... Mən bircə  ona əminəm ki, bu, Rəvanın işi deyildi. Rəvan atasının sözü ilə polisə müraciət edib.

Deyir ki, boşanandan sonra şəxsi həyatına qarışıram. Yalandı. Qeyri-rəsmi kiminlə yaşayır, özü bilər. Onsuz da o qadının kimliyi bəllidir.  Bunu bilənlər bilir. Özü bilər, amma mənim qızımı evinə aparanda qeyri- rəsmi yaşadığı qadının orda olmasına narazılıq etmişəm. Evləndiyi xanım olsa, başa düşərəm. Deyərəm ailəsidir, qızıma da başa salaram ki, atanın həyat yoldaşıdır. Amma təsadüfi qadınlarla bir evdə yaşayıb, qızımı  o evə aparmasını istəmirəm. Bu mənim ana olaraq haqqımdır. Gecə saat 3-də  qeyri-rəsmi yaşadığı qadın mənə telefon açıb, deyir biz bir-birimizi sevirik, bir yerdəyik. Rəvan da ona qoşulur. Yaşayın, sevin, özünüz bilərsiz.

Amma mənim qız övladımın psixologiyasına təsir etməyin. Rəvan qızımı evə aparanda, dedi ki,  evdə xadimə var, yaşadığı qadın da əvvəl xadimə adı ilə mənimlə danışıb. Rəvan evdə olmadığı üçün mənə xadimənin nömrəsini göndərdi. Dedi uşaq xadimənin  yanında.  Mən telefonda danışanda elə bilirdim ki, evin xadiməsi ilə danışıram. Rəvan dedi evdə yoxam, xadimənin nömrəsini göndərirəm, uşaqla danışmaq istəyəndə onu yığ. Mən nə bilim mənə xadimə kimi təqdim etdiyi qadın onun qeyri-rəsmi münasibətdə olduğu insandı.  Əgər bilsəydim ki, yaşadığı qadındı, qızımı Rəvanın evinə göndərməzdim. Qaldı, mən qızımın ehtiyaclarına görə Rəvanı axtarıramsa, bunu niyə yozurlar? Qızıma görə kimi yığmalıyam? Qızımın ehtiyaclarını ödəmək üçün atasına yığmalıyam, ya yox? 

Rəvan kasıb insan olsa, deyərdim ki, qızıma kömək edə bilmir. Rəvanın imkanı varsa, niyə qızıma yaxşı baxmamalıdır, niyə qızım yaxşı təhsil almamalıdır? Atasından ayrılsam da, onun qızıdır, qızına ata kimi baxmaq onun atalıq borcudur.  Görürəm ki, imkanı var, Allah həmişə də bol ruzisini versin, qızının ehtiyaclarını ödəmək üçün nəsə istəyirəm. Kimdən istəməliyəm bəs? 200 manatla uşaq böyütmək olur? Rəvanın imkanı olmasa mən bunları istəmərəm. Deyərəm atasıdı, imkanı yoxdu. Amma varsa, niyə qızına xəsislik etsin. Rəvan nə də etsə, qızının varlığını inkar edə bilməz. Qızının ehtiyaclarını istər mənəvi, istər maddi ödəmək də hər atanın borcudur.  Bunu niyə şişirdirlər.  Rəvan bu gün Elşadın qorxusundan gəlib qızını görə bilmir. Axı Rəvanı tanıyıram.

O, atasından çəkinməsə qızına əla baxar. Rəvanı ailəsi incitməsə,  ona təziyq etməsələr, o, qızına yaxşı ata olar. Mən onun insanlığına bələdəm. Elşad Qarayev imkan versə, Rəvan ata kimi üzərinə düşən məsuliyyəti  yerinə yetirər, qızının qayğısına da qalar, ona hamıdan yaxşı ata da ola bilər.  Mənim sadəcə Rəvana da bir sözüm var - «qızının olduğunu unutma, onun ata sevgisinə, qayğısına ehtiyacı var. Bir gün gələr övladımız böyüyər , biz qocalarıq, onda qızımın sevgisinə bizim ehtiyacımız olar. Onu valideyn sevgisindən məhrum etmək doğru deyil. Allahınızdan  qorxun.Onlara da  başqa sözüm yoxdu».