Həkimdən XƏBƏRDARLIQ : “Diqqət edin, bu, qrip deyil !”

 Havaların birdən-birə kəskin dəyişməsi, anomal istilərin düşməsi və ya küləkli hava şəraiti insanları çaş-baş salıb. Təbiət insanla sanki oyun oynayır. Dəyişkən hava şəraiti xüsusən meteohəssas insanlarda narahatlıq hissi yaradır. İnsanlar hətta küçəyə də çıxmağa ehtiyat edirlər.

Görəsən bu cür anomal hava şəraiti nə ilə bağlıdır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, bütün dünyada iqlim dəyişməsi bir tendensiya olaraq nəzərə çarpır.



Professor qeyd edib ki, qlobal istiləşmə dediyimiz problem ciddi şəkildə yer kürəsində özünü göstərir:

“Ümumiyyətlə, fəsillərdə anomal hava şəraiti hökm sürür. Qış aylarında demək olar ki, Bakıda qar olmadı. Bütün dünyada istiləşməyə meyillilik artıb. Buzlaqların əriməsi, okean səviyyəsinin artması və buxarlanma yer kürəsindəki canlılar üçün müəyyən təhlükə yaradır.

Canlıların yeni mühitə adaptasiyası da vacibdir. Yəni, praktiki sağlam adamlar adaptasiya xüsusiyyətlərinə malikdir.

Amma orqanizmi zəif olanlarda hətta isti havalarda müəyyən soyuqdəymə hallarının olması, xüsusən yuxarı tənəffüs yollarının qrip şəklində klinik forması özünü göstərir. İnsanda xeyli infeksiyalar vardır ki, bu zaman ortaya çıxır və tənəffüs yollarının iltihabı prosesini törədir. Çox adamlar bunu qrip adı ilə ümumiləşdirirlər. Ancaq bu, qrip deyil.

Həmin dönəmdə bu xəstəliklərə diqqət etmək lazımdır. Belə havalarda geyim formasının düzgün seçilməməsi, kondisionerdən yerində istifadə olunmaması də problemlər yarada bilər. Amma istənilən halda istər yay, istərsə də qış aylarında insanlar mövcud havaya uyğun davranış sərgiləməlidirlər”.